"Binə" Ticarət Mərkəzi cəzalandırıla bilər

16:00 - 1 Noyabr 2024

“Binə” Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə “Arazavia” olan MMC cərimlənə bilər.

 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsini pozduğuna görə haqqında protokol tərtib edilib.

Məsələyə Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi məcburi auditdən yayınmaya görə cərimə nəzərdə tutur. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin