Laçında zəlzələ anı - VİDEO
23 Noyabr 2024
16:00 - 1 Noyabr 2024
“Binə” Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə “Arazavia” olan MMC cərimlənə bilər.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsini pozduğuna görə haqqında protokol tərtib edilib.
Məsələyə Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi məcburi auditdən yayınmaya görə cərimə nəzərdə tutur. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin