“Hərbi Prokurorluq “Yaşıl dünya naminə həmrəylik ili”nə böyük töhfə verir”

11:11 - 1 Noyabr 2024

“Hərbi Prokurorluq “Yaşıl dünya naminə həmrəylik ili”nə böyük töhfə verir”

Hərbi Prokurorluğun Azərbaycan Silahlı Qüvvələrində qanunçuluğun, nizam-intizamın möhkəmlənməsində mühüm rol oynadığı şübhəsizdir. Bununla yanaşı, prokurorluq əməkdaşları Silahlı Qvvələrin şəxsi heyətinin Ümummilli lider Heydər Əliyev ideyaları ilə silahlanması, onların dövlətimizin müasir çağırış və  prioritetləri haqqında ətraflı məlumatlanması istiqamətində də ardıcıl iş aparmaqdadır. Bu baxımdan Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Silahlı Qüvvələrin yüksəkrütbəli hərbi qulluqçularının Azərbaycanın müxtəlif bölgələrində keçirdiyi birgə tədbirlər mühüm əhəmiyyətə malikdir.


Mövzu ilə bağlı Manset.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov Hərbi Prokurorluğun həyata keçirdiyi bu tədbirlərin “Yaşıl dünya naminə həmrəylik ili”nə böyük töhfə verdiyini bildirib:

“Təbii ki, Hərbi Prokurorluq tərəfindən Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Silahlı Qüvvələrdə tədbirlərin keçirilməsi mühüm önəm kəsb edir. Bu, hər şeydən öncə gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığı təlqin edən Heydər Əliyev ideyalarına daha dərindən yiyələnməsi, onların vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi baxımından vacibdir. Bu, həm də gənc hərbçilərimizə şanlı tariximizin təbliği, öyrədilməsi deməkdir.

Keçirilən tədbirlər eyni zamanda Prezident İlham Əliyev tərəfindən elan edilən “Yaşıl dünya naminə həmrəylik ili”ni əhatə edir ki, bu da sadəcə dövlətimizin deyil, bütövlükdə planetimizin bugünü və gələcəyi baxımından son dərəcə önəmlidir. Təbiətin qorunması, ekoloji mühitin yaxşılaşması bu gün hər zamankından daha mühüm əhəmiyyət kəsb edir.

Onu da unutmaq olmaz ki, yaxın günlərdə ölkəmizdə COP 29 sammiti gerçəkəşəcək. 200-ə yaxın dövlətin iştirak edəcəyi sammit iqlim dəyişikliklərinə qarşı mübarizəyə həsr olunacaq. Hansı ki, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində atılan addımlar, həm də COP29 sammitinin mahiyyəti ilə uzlaşmaqdadır. Bu baxımdan Hərbi Prokurorluğun Silahlı Qüvvələrdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirdiyi tədbirlər qarşıdakı sammit ərəfəsində ikiqat əhəmiyyət kəsb edir. Bu cür tədbirlər yeni ekoloji düşüncə tərzinin formalaşması, insanların təbiətə daha duyarlı münasibətinin təmin olunması və s. baxımından faydalıdır.

Mən həm Hərbi Prokurorluğa, həm də Silahlı Qvvələrimizə uğurlar arzulayır, onlara öz şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər diləyirəm”.

 



Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin