"Bakı və İrəvanın bu qərarını alqışlayırıq" - ABŞ

21:41 - 31 Oktyabr 2024

Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı prosedur qaydaları rəsmiləşdirmək qərarını alqışlayır.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller X hesabında paylaşım edib.

Onun sözlərinə görə, bu, davamlı dialoq vasitəsilə tərəqqinin mümkün olduğunu nümayiş etdirir:

“Biz regionda təhlükəsizlik, firavanlıq naminə davamlı və layiqli sülhə nail olmaq üçün hər iki tərəfin işini dəstəkləyirik”, - Miller bildirib.


Xəbər xətti

1 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin