Azərbaycan boksçusu dünya birinciliyində finala yüksəldi

18:53 - 31 Oktyabr 2024

Azərbaycan boksçusu dünya birinciliyində finala yüksəldi

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində finala yüksəlib.

 

Manset.az xəbər verir ki, 48 kq-da mübarizə aparan milli üzvü yarımfinalda Osman Çadqurla (Mərakeş) qarşılaşıb.

Görüş Nəzərovun 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.

Bilalhəbaşi finalda özbəkistanlı Safyiddin Sabirovla döyüşəcək.

Qadın boksçumuz Aynur Mikayılova (57 kq) isə dünya birinciliyini bürünc medalla başa vurub. O, yarımfinalda Pinar Benekə (Türkiyə) 1:4 hesabı ilə məğlub olub. Mikayılova bununla da gənc qız boksçular arasında ilk medal qazanan azərbaycanlı kimi tarixə düşüb.

Qeyd edək ki, daha 3 boksçumuz yarımfinal görüşünə çıxacaq.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin