Almaniya ölkədəki bütün İran konsulluqlarını bağlayır

18:03 - 31 Oktyabr 2024

Almaniya ölkədəki bütün İran konsulluqlarını bağlayır

Almaniya hökuməti İranın ölkədəki bütün baş konsulluqlarını bağlamaq qərarına gəlib.

 

Manset.az xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb .

Onun məlumatına görə, söhbət Frankfurt-Mayndə, Hamburqda və Münhendəki diplomatik nümayəndəliklərdən gedir. İranın Berlindəki səfirliyi fəaliyyətini davam etdirəcək. Almaniya hakimiyyətinin bu qərarı İran və Almaniya vətəndaşlığı olan Cəmşid Şarmaxdın İranda edam edilməsinə reaksiyadır.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin