Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
13:55 - 31 Oktyabr 2024
Bakı Olimpiya Stadionunda 56 yeni kafe və restoran qurulub.
Manset.az xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Catering, təmizlik və tullantıların təmizlənməsi departamentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, stadion ərazisində ümumilikdə 4 mətbəx fəaliyyət göstərir.
“Mavi zonada 3, yaşıl zonada isə 1 mətbəx fəaliyyət göstərir. Stadion ərazisində 56 yeni kafe və restoran qurulub.Restoranlardan birində milli, digərində dünya mətbəxi təqdim ediləcək”,- deyə o bildirib.
A.Zeynalovun sözlərinə görə, COP29 zamanı portal və qida satış nöqtələrində, restoran-kafelərdə qidalanma ödənişli şəkildə həyata keçiriləcək. Yalnız COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşları və könüllülər pulsuz qida ilə təmin olunacaqlar.
O, jurnalistlərlə bağlı məsələyə də aydınlıq gətirib:
"Həm xarici, həm də yerli media nümayəndələri satış nöqtələrindən müəyyən ödəniş edərək qida əldə edə bilərlər".
Xatırladaq ki, COP29 tədbiri noyabrın 11-dən 22-dək Bakı Olimpiya Stadionunda keçirləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin