3 sərbəst güləşçimiz bürünc medal qazana bilər - Dünya çempionatı

10:51 - 31 Oktyabr 2024

3 sərbəst güləşçimiz bürünc medal qazana bilər - Dünya çempionatı

Azərbaycanın üç sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında bu gün bürünc medal qazana bilər.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hər üç təmsilçimiz təsəlliverici görüşə çıxacaq.

Nürəddin Novruzov (61 kq) ilk görüşündə Cude Hammer (Kosta-Rika) ilə üz-üzə gələcək. Orxan Abasov (79 kq) birinci duelində Suldhu Olonbayarın (Monqolustan) müqavimətini qırmağa çalışacaq. Abubakr Abakarov (92 kq) isə Devid Teylorla (ABŞ) qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığma komanda hesabında birinci yeri tutub. Qadınlar isə turniri mükafatsız başa vurublar. Dünya çempionatına bu gün yekun vurulacaq.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin