Britaniya müdafiə xərcləri üçün əlavə 3 milyard ayıracaq

01:30 - 31 Oktyabr 2024

Britaniya müdafiə xərcləri üçün əlavə 3 milyard ayıracaq

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz ölkənin silahlı qüvvələrinə 2,9 milyard funt sterlinq dəyərində əlavə maliyyə yardımı ayıracaq.

 

Manset.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Bildirilib ki, nazir bu barədə dövlət büdcəsi ilə bağlı parlamentdə edəcəyi çıxışda məlumat verəcək. Ayrılan əlavə maliyyənin bir hissəsi əsgərlərə veriləcək altı faizlik əməkhaqqı artımının maliyyələşdirilməsinə, yəni illik 400 milyon funt sterlinq xərclərin ödənilməsinə yönəldiləcək. Həmçinin əlavə vəsait Ukraynaya göndərilən silah yardımı nəticəsində tükənmiş ehtiyatların bərpası, yeni silahların alınmasına xərclənəcək.

Buna baxmayaraq, Reyçel Rivz hərbi xərclərin ÜDM-in 2,5 faizinə çatdırılması üçün konkret yol xəritəsi təqdim etməyəcək. Bu addım mühafizəkarlar tərəfindən irəli sürülən əsas məqsədlərdən biri idi.

Qeyd edək ki, müdafiə naziri Con Hili bir neçə həftə əvvəl verdiyi açıqlamasında Britaniya silahlı qüvvələrinin ölkəni müdafiə edə biləcək gücdə olmadığı barədə xəbərdarlıq etmişdi. C.Hili ordunun mühafizəkarlar tərəfindən “bütövlüyünü itirmiş” və “kifayət qədər maliyyələşdirilməyən” vəziyyətə gətirildiyini bildirmişdi.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin