COP29-da Azərbaycana təşəkkür edildi
23 Noyabr 2024
21:07 - 30 Oktyabr 2024
Azərbaycanın qadın boksçusu Aynur Mikayılova tarixi ilkə imza atıb.
Manset.az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan yığma üzvü Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində bunu reallaşdırıb.
Mikayılova 1/4 finalda Reka Varqa Saraya (Macarıstan) ilk raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. Bu, Azərbaycan boks tarixində ilkdir. İndiyədək ölkəmizin heç bir qız boksçusu dünya birinciliyində bu mərhələyədək irəliləməyib. Onun qazanacağı istənilən əyarlı medal isə boks tariximizə qızlardan ibarət yığmanın ilk mükafatı kimi düşəcək.
Qeyd edək ki, mundialda yarımfinal görüşləri sabah təşkil olunacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin