Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
19:00 - 30 Oktyabr 2024
Əməkdar artist Vasif Məhərrəmli qızı Əfşanın arzusunu gerçəkləşdirməyib.
Manset.az Axşam.az-a istinadən bildirir ki, "İncə səhər" proqramı bununla bağlı ifaçıya sual ünvanlayıb. Belə ki, V.Məhərrəmli övladına universitetə qəbul olduğu halda avtomobil alacağına söz verib. Amma müğənni hələ də bu sözünü gerçəkləşdirməyib.
Bunun səbəbini açıqlayan V.Məhərrəmli "Əfşan maşın sürməyə hazır deyil. İndi yavaş-yavaş öyrənir. "Mini Cooper" istəyir. İnşallah, birtəhər toparlanıb alarıq. Qızım 660 bal topladı və ADA Universitetinin hüquq fakültəsini bitirdi. İndi işləyə-işləyə magistraturaya qəbul olmaq istəyir. Onun istəyi xaricdə təhsil almaqdır. Xeyirlisi nədirsə, o, olsun" sözlərini əlavə edib.
Qeyd edək ki, V.Məhərrəmlinin bir oğul övladı da var.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin