İsrail "Dəmir şüa" üçün 530 milyon dollar xərcləyəcək

17:30 - 30 Oktyabr 2024

İsrail

İsrail hökuməti Yaxın Şərqdə gərginliyin artdığı və İranla qarşılıqlı hücumların artdığı bir vaxtda yeni “Dəmir şüa” hava hücumundan müdafiə sistemi üçün 530 milyon dollar büdcə ayrıldığını açıqlayıb.

 

Manset.az xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasına görə, yeni sistemin "bir il ərzində əməliyyat xidmətinə girəcəyi" gözlənilir.

Sistem İsrailə atılan pilotsuz təyyarələrin və digər mərmilərin qarşısını almaq məqsədi daşıyır.

Dəmir Qübbə hava hücumundan müdafiə sistemi Hizbullahın son vaxtlar atdığı raketlərin qarşısını almaq üçün kifayət etmir. Sistemin qeyri-kafi olması İsrailin mülki və hərbi itkilərini artırır.

 


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin