Ölkədə unun yeni qiyməti - SİYAHI
30 Oktyabr 2024
16:30 - 30 Oktyabr 2024
İspaniyanın şərqindəki Valensiya bölgəsində çərşənbə axşamı başlayan leysan yağışlar şiddətli daşqınlara səbəb olub və azı 62 nəfərin ölümünə səbəb olub.
Manset.az xarici mediaya istinadla xəbər verir ki, Valensiya vilayət səlahiyyətlilərinin açıqlamasına görə, qəfil yüksələn sel yolları və qəsəbələri su basarkən, çox sayda insan avtomobillərində və evlərində sıxışıb.
Valensiya Regional prezidenti Karlos Mazon sel səbəbiylə çox sayda insanın əlçatmaz ərazilərdə təcrid olunduğunu və xilasetmə işlərinin davam etdiyini bildirib.
Sosial mediada paylaşılan görüntülərdə suyun səviyyəsinin qalxması ilə bəzi insanların ağaclara dırmaşaraq sağ qalmağa və təhlükədən xilas olmağa çalışdığı görülüb.
İspaniyanın dövlət meteorologiya agentliyi AEMET, Turis və Utiel kimi bəzi bölgələrdə hər kvadrat metrə 200 mm yağıntının düşdüyünü bildirərək, Valensiya üçün qırmızı həyəcan elan etdi.
Təcili yardım qrupları vətəndaşları yollardan uzaq durmağa və rəsmi elanlara əməl etməyə çağırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin