Oğul oflic anasını gəzdirmək üçün hər şeyini satdı

15:45 - 30 Oktyabr 2024

Oğul oflic anasını gəzdirmək üçün hər şeyini satdı

Çində Xiao Ma adlı bir kişi ölkəsində ilin oğlu adlandırılıb. 

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı kişinin anası üçün hər şeyini satmasıdır.

Məlumata görə, uzun illər əvvəl Manın ailəsi yol qəzasına düşür və nəticədə atası həyatını itirir. Anası isə iflic vəziyətdə qalır. Bu hadisə baş verəndə Manın 8 yaşı olub. Daha sonra Ma və onun böyük bacısı özlərinə deyil, həm də analarına baxmağa başlayıblar. 

Ma böyüyən zaman pambıq tarlalarında işləyib, müxtəlif sahələrdə biliklər əldə edib və nəticədə Sincan şəhərində öz şəxsi restoranını açıb. O, qazancının böyük hissəsini anasının sağalmasını xərcləyib. Yataq xəstəsi qadın bir müddət sonra çarpayıdan çıxa bilib və əlil arabasında oturmağı bacarıb. Hətta bir neçə kiçik addımlar da atıb. Ancaq bir neçə il sonra Ma anasının beyin atrofiyasının sağalmaz olduğunu və getdikcə daha da pisləşəcəyini öyrənib. 

Bundan sonra Ma anası ilə vaxt keçirmək üçün ona ayrılan vaxtdan maksimum istifadə etmək qərarına gəlib. 

Xiao Ma diqqətini biznesə yönəltmək əvəzinə evini və avtomobilini anası ilə səyahət etmək üçün satıb.  Hazırda o, anası ilə birlikdə Çini gəzir. 

Bildirilir ki, anasının beyni kiçik bir uşağın beyni ilə müqayisə edilə biləcək vəziyyətdədir. Xiao çox vaxt anasını kürəyində daşıyaraq gəzdirir. 

“Sevgi gözləmir. Övladın anasına qayğı göstərməsi üçün heç vaxt gec deyil. Balaca olanda anam məni daşıyırdı, indi isə mən onu daşıyıram”, - Xiao Ma deyib. 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin