COP29 zamanı xəstə helikopterlə də daşına bilər
30 Oktyabr 2024
14:51 - 30 Oktyabr 2024
Piyada keçidindən istifadə etməmə, sürücü diqqətsizliyi və düzgün ara məsafəsi saxlamama təhlükə yaradır. Bu, yol-nəqliyyat hadisəsinin baş verməsinə və yollarda sıxlığın yaranmasına səbəb olur.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında deyilir.
Qeyd olunub ki, bunu nəzərə alaraq, NİİM və DYP əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir:
"Xüsusilə, müşahidə kameralarının qeydə aldığı bu hadisə ötən gün günorta saatlarında Aeroport şosesində baş verib. Paytaxtın əsas yollarında piyada və sürücü ehtiyatsızlığından baş verən hər bir qəza sıxlığa, şəhərin digər istiqamətlərində hərəkətin fasiləsiz təşkilində ləngimələrə səbəb olur.
Bir daha diqqətə çatdırırıq ki, hər bir hərəkət iştirakçısı - piyada, sürücü qaydalara əməl etməli, digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin