Baydenin müşavirləri İsrailə səfər edəcək

12:37 - 30 Oktyabr 2024

Baydenin müşavirləri İsrailə səfər edəcək

ABŞ Prezidenti Co Baydenin iki müşaviri bu həftə Hizbullahla münaqişələrə son qoyulması və razılığın əldə olunmasını müzakirə etmək üçün İsrailə səfər edəcək.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Gündəmdəki razılaşma çərçivəsində Hizbullah ilə İsrail arasında 60 günlük keçid dövrünün başlanması nəzərdə tutulur.

Bu keçid dövründə Hizbullahdan Livanın cənubundakı ağır silahlarını Litani çayının şimalına, yəni İsrail sərhədindən uzaqlaşdırmaq istənilir.

Bundan əlavə, Livan ordusunun İsrail sərhədinə 8 min əsgər yerləşdirməsi və Livanın cənubunu qurudan işğal edən İsrail əsgərlərinin mərhələli şəkildə bölgədən çəkilməsi planlaşdırılır.

Bildirilir ki, 60 günlük keçid dövründə bu addımlar atılarsa, İsraillə Hizbullah arasında atəşkəs elan olunacaq.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin