Azərbaycan xalq nağılları Türkiyədə çap olundu

12:05 - 30 Oktyabr 2024

Azərbaycan xalq nağılları Türkiyədə çap olundu

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bir sıra xalq nağıllarımız türk dilinə uyğunlaşdırılaraq Ankarada “Azərbaycan masalları” adı altında çap olunub.


Manset.az xəbər verir ki, kitabda “Tıq-tıq xanım”, “Cırtdan”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Keçəl”, “Göyçək Fatma”, “Ovçu Pirimin nağılı”, “Sehrli xalça”, “Təpəgözün nağılı”, “Məlikməmməd”, “Tülkü, tülkü, tünbəki” və s. xalq nağılları yer alıb.
Kitabın tərtibçisi Türkiyədə yaşayan azərbaycanlı alim, kulturoloq Mətanət Hüseynova, nağıllara çəkilmiş illüstrasiyaların müəllifi tanınmış uşaq rəssamı Nüşabə Küçükdür. 

Qeyd edək ki, Azərbaycan şifahi xalq ədəbiyyatının əsas janrlarından olan nağıllarımız milli-mənəvi sərvətimizdir və onlar xalqımızın nə qədər qədim ənənələrə, zəngin dünyagörüşünə malik olduğunun göstəricisidir. Nağıllar uşaqların estetik zövqünün və dünyabaxışının formalaşmasında da əhəmiyyətli rol oynayır. 

Azərbaycan xalq nağıllarının dünya dillərinə tərcüməsi, nəşri və təbliği məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzləri ilə davamlı iş aparılır.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin