COP29-da tarixi qərar qəbul olundu
23 Noyabr 2024
21:52 - 29 Oktyabr 2024
“Kəpəz”, “Səbail” və “Araz-Naxçıvan” futbol üzrə Azərbaycan Kubokunda 1/8 finala vəsiqə qazanıblar.
Manset.az xəbər verir ki, komandalar 2-ci təsnifat mərhələsində müvafiq olaraq “Ağdaş” və “Şahdağ Qusar”la üz-üzə gəliblər.
Gəncə təmsilçisi rəqibini 6:0, Naxçıvan klubu isə 4:0 hesabı ilə üstələyib.
“Səbail” isə “Dinamo”nun qapısından 6 cavabsız top keçirərək 1/8 finala adlayıb.
Qeyd edək k, “Kəpəz” növbəti raundda “İmişli” – “Cəbrayıl” cütünün, “Araz-Naxçıvan” isə “Mingəçevir” – “Zaqatala” duelinin güclüsü ilə qarşılaşacaq. “Səbail” növbəti mərhələdə sabah keçiriləcək “Qaradağ Lökbatan” – “Karvan” cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, “Turan Tovuz” klubu dünən “Hypers Quba”nı 7:2 hesabı ilə üstələyib. Bundan başqa, MOİK “Şimal”a qalib gəlib – 3:1.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin