İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
21:23 - 29 Oktyabr 2024
101 il öncə qəhrəman Türkiyə xalqı Qazi Mustafa Kamal Atatürkün öndərliyində vahid amal ətrafında sıx birləşərək, istiqlaliyyət uğrunda sönməz mübarizə əzmini bir daha bütün dünyaya nümayiş etdirdi. 1923-cü il oktyabrın 29-da Cümhuriyyətin elan edilməsi məhz həmin sarsılmaz iradənin qəti və yekun zəfəridir.
Manset.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Türkiyə Respublikasının yaranmasının 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə söyləyib.
Spikerin sözlərinə görə, Türkiyə Respublikası qurulduğu andan etibarən bütün çətinlikləri və maneələri dəf edərək, öz dövlətçiliyinin qorunub saxlanması və gücləndirilməsi, müstəqil milli inkişafının təmin olunması yolunda inamla addımlayır. Xüsusən son iyirmi ildə Türkiyənin əldə etdiyi nailiyyətlər nə dərəcədə böyük məsafə qət edildiyinin aşkar sübutudur. Prezident Rəcəb Tayyib Ərdoğanın müdrik və uzaqgörən rəhbərliyi ilə Türkiyə siyasi, iqtisadi, hərbi, elmi, texnoloji və digər sahələrdə möhtəşəm tərəqqiyə nail olub.
Bu gün qlobal miqyasda gedən proseslərə həlledici təsir göstərən, sülhə və sabitliyə böyük töhfələr verən Türkiyənin haqlı olaraq dünyanın ən aparıcı və güclü dövlətlərindən biri olduğunu deyən Milli Məclisin sədri qeyd edib ki, öz istiqlalının ikinci yüzilliyində də Türkiyə davamlı inkişaf yolu ilə addımlayacaq, daha da böyük uğurlar və qələbələr qazanacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin