İspaniya İsraillə 6,5 milyon avroluq müqaviləni ləğv etdi

14:55 - 29 Oktyabr 2024

İspaniya İsraillə 6,5 milyon avroluq müqaviləni ləğv etdi

İspaniya İsraillə təxminən 6,5 milyon avro dəyərində sursat alınması ilə bağlı razılaşmanı ləğv etdiyini açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İspaniya Daxili İşlər Nazirliyi, "Guardia Civil" hüquq-mühafizə orqanı üçün İsrailin "Guardian LTD" İsrail şirkətindən təxminən 6,5 milyon avroya alınacaq 15 milyon 9 mm-dən çox güllə üçün müqaviləni ləğv etdiyini açıqlayıb. 

İspaniya Daxili İşlər Nazirliyindən verilən açıqlamada deyilir:

"İspan hökuməti Qəzzada silahlı qarşıdurma başlayandan bəri İsrail dövlətinə silah satmamaq öhdəliyini saxlayır. Lakin bizim satınalma prosedurlarımız davam edirdi. Hazırda isə sursatla bağlı Daxili İşlər Nazirliyi satınalmanın ləğvi üçün inzibati prosedur başladıb".


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin