Sükan arxasında yataraq 7 nəfəri öldürən avtobus sürücüsünə həbs cəzası verildi

16:21 - 29 Oktyabr 2024

Sükan arxasında yataraq 7 nəfəri öldürən avtobus sürücüsünə həbs cəzası verildi

Rusiyanın Sankt-Peterburq şəhərində baş verən dəhşətli qəza nəticəsində 7 nəfər həlak olub. 

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Sürücüsü sükan arxasında yatmış vəziyyətdə olan avtobus idarəetməni itirərək Moika çayına uçub.

Məlumata görə, avtobusda 20 sərnişin olub; 8 nəfər avtobusun dam örtüyündən, 10 nəfər isə öz səyləri ilə xilas olub.

Qəzadan sağ çıxan sürücü ehtiyatsızlıqdan ölümə səbəb olduğu üçün dərhal həbs edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, avtobus şirkəti də ciddi təhlükəsizlik pozuntularına görə cəzalandırılıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin