Narin Güranın qardaşı Barandan səs-küyə səbəb olan PAYLAŞIM

16:11 - 29 Oktyabr 2024

Narin Güranın qardaşı Barandan səs-küyə səbəb olan PAYLAŞIM

Diyarbakırın Bağlar səmtinin Tavşantəpə rayonunda itkin düşməsindən 19 gün sonra cansız cəsədi tapılan Narin Güranın qətlinə görə 12 nəfər həbs edilib.

 

Manset.az bu barədə türk mətbuatına istinadən xəbər verir.

Narin Güranın qətli ilə bağlı 4 şübhəlinin ağırlaşdırılmış ömürlük həbs tələbi ilə mühakimə olunacağı işin ilk iclası noyabrın 7-də keçiriləcək. Saxlanılan şübhəlilər əmisi Səlim, anası Yüksel, böyük qardaşı Enes Güran və qonşusu Nevzat Bəxtiyara “iştirak halında uşağı qəsdən öldürmək” ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs istənilir.

Narin Güran qətli işində həbs olunmayan yeganə qardaşı Baran Güran ötən gün sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkib. Baran Güran Narinin itdiyini ilk dəfə saat 20.43-də 112-yə zəng edərək jandarma qruplarına rəsmi məlumat verən şəxs kimi tanınır.

Baran Güran ilk paylaşımında anası Yüksel Güran üçün darıxdığını bildirib:

"Nə deyirlər desinlər canım anam, sənin övladını heç kim yıxa bilməz, sənin üçün çox darıxıram. Yenidən dünyaya gəlsəydim, yenidən sənin övladın olmaq istərdim, əziz anam".

Baran Güran ikinci paylaşımında ömürlük həbsi istənən 15 yaşlı qardaşı Enes Güranın fotosunu paylaşıb:

"Sənə böhtan atanlara ar olsun aslanım. Başın həmişə belə uca olacaq".

Baran Güran üçüncü paylaşımında ölən bacısı Narinlə fotosunu paylaşaraq yazıb:

"Saçının bir telinə ziyan dəysə dünyanı yıxacaq anasına, qardaşına "qatil" dediniz. Mən sizləri Allaha həvalə edirəm".

Qeyd edək ki, hər üç paylaşım 45 dəqiqə sonra silinib.

 

 

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin