Rusiya ordusu bu ərazidən geri çəkildi - SƏBƏB?
27 Noyabr 2024
13:44 - 29 Oktyabr 2024
Bəzi media resurslarında paytaxtın Suraxanı rayonunda yerləşən məktəbdə müəllimlərin məktəbin qapılarını bağlayıb getməsi və şagirdlərin təhsil müəssisəsində qalması iddia olunur.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu oyunu 89 nömrəli tam orta məktəbin ikinci növbəsində təhsil alan şagirdlərdən birinin valideyni qəsdən təşkil edib. Həmin valideyn bu üsulla övladının təhsil aldığı sinfin səhər növbəsinə keçirilməsinə nail olacağına düşünüb.
89 nömrəli tam orta məktəbdən Manset.az-a verilən məlumata görə, 28.10.2024-cü il tarixində ikinci növbənin dərsləri saat 18:50-də başa çatıb və birinci giriş qapısı gözətçi tərəfindən saat 19:15-də bağlanıb. Məktəbdə birgə fəaliyyət çərçivəsində saat 19:00-21:00 aralığında voleybol məşğələsi keçirildiyinə görə həmin müddət ərzində digər giriş qapısı açıq saxlanılır.
Hər gün bütün şagirdlər evə yola salındıqdan sonra təlim-tərbiyə işləri üzrə direktor müavini məktəbi tərk edir.
Qeyd edək ki, məktəbdə tədrisin təşkili və uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin