BƏƏ-yə uçan təyyarə Bakıda məcburi eniş etdi
25 Noyabr 2024
00:50 - 11 Noyabr 2021
Futbol sülhü, ədaləti, tolerantlığı və sağlamlığı təbliğ edən ən məşhur idman növüdür. Amma irqçilik və homofobiyaya qarşı gedən mübarizə hələ də nəticə vermir.
Nümunə olaraq xatırladaq ki, bir neçə həftə öncə Avstraliya millisinin və "Adelaid Yunayted" klubunun futbolçusu Coş Kavallonun (Josh Cavallo) homoseksual olduğunu etiraf etməsi futbol ictimaiyyətində birmənalı qarşılanmadı.
Manset.az fanat.az-a istinadən fərqli oriyentasiyaya sahib futbolçuların bir neçəsini təqdim edir:
Con Faşanu (John Fashanu)
Rəsmi olaraq homoseksual olduğunu etiraf edən ilk ingilis futbolçu. Bu, Cona baha başa gəlmişdi. Futbol ictimaiyyətinin və azarkeşlərin sevimlisi olan futbolçu 1986-cı ildə "Uimbldon" klubuna 1 milyon funt-sterlinqə transfer olunur. Amma qazandığı sevgi Faşanu homoseksual olduğunu etiraf edəndən sonra nifrətə çevrilir, hətta ona "xalq düşməni" baxılır. İctimai qınaq və psixoloji basqı nəticəsində Faşanu 1998-ci ildə intihar edir.
Markus Urban (Marcus Urban)
Sərt tənqidlərdən qorxaraq 20 yaşında karyerasını bitirən homoseksual alman futbolçu.
İllər sonra Urban yaşadıqlarını belə şərh edib: “Mən özümə həbsxana tikmək istəmirdim. Futbolda möhtəşəm gələcəyim ola bilərdi, amma psixoloji basqıya dözə bilməzdim".
50 yaşlı mütəxəssis bir neçə il öncə "Napoli" klubunun akademiyasında azyaşlı uşaqlara futbol dərsi keçirdi. Lakin gənc futbolçuların valideynlərinin narazılığı səbəbilə məşqçilik fəaliyyətini də dayandırmalı olur. Hazırda Markus "İdman və Cəmiyyətdə Müxtəliflik İttifaqı" ictimai təşkilatına rəhbərlik edir.
Olivye Ruye (Olivier Rouillet)
Siyahımızdakı ən təcrübəli futbolçu. Olivye "Nitsa"nın heyətində əfsanəvi futbolçu Mişel Platini ilə çiyin-çiyinə oynayıb.
O, homoseksual olduğunu yalnız 2008-ci ildə, artıq televiziyada ekspert kimi çalışarkən açıqlayıb. Ruyenin sözlərinə görə, cəmiyyətə "saxta" qız sevgilisi olduğunu nümayiş etdirib ki, komanda yoldaşları onun homoseksual olduğundan xəbər tutmasınlar.
Tomas Hitslşperger (Thomas Hitzlsperger)
Şübhəsiz ki, siyahımızda olan ən tanınmış futbolçudur. Almaniya millisinin və dünyanın bir sıra tanınmış ("Aston Villa", "Everton", "Latsio", "Vest Hem") klublarda çıxış etmiş futbolçu 2014-cü ilin yanvarında homoseksual olduğunu rəsmən elan edib. O, bu etirafdan sonra özünü mənəvi cəhətdən xeyli yaxşı hiss etdiyini bildirib.
Hisko (Xisco)
"Nyukasl"ın və bir çox İspaniya klublarının sabiq üzvü Ximenez Texada homoseksual olduğunu gizlətmir və vaxtaşırı sarı mətbuatın müzakirə mövzusuna çevrilir. 35 yaşlı Hisko hazırda İspaniyanın "Alkorkon" klubunda çıxış edir.
Tomas Berlinq (Thomas Berling)
2000-ci ildə homoseksual olduğunu etiraf edən və futbolun homofoblarla zəngin olduğunu deyən norveçli futbolçu.
1996-1999-cu illərdə Norveçin "Nardo" klubunda çıxış edən müdafiəçi psixoloji basqılara görə futbolu vaxtından əvvəl tərk edib. O, tez-tez ölkəsində LGBT bərabərliyinə həsr olunmuş müxtəlif televiziya şoularında çıxış edir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin