Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
01:00 - 29 Oktyabr 2024
"Çox nahaq yerə açıqlamam Nadir Qafarzadənin xətrinə dəydi. Biz həmin millətik ki, bir-birimizə "salamı da belə nəsə bir təhər dedin" yanaşmamız var. Mən onun ən yaxşı tərəflərindən, insani keyfiyyətlərindən danışmışam. Demişəm ki, insan sevdiyindən görün nə edib. Mənim sözümün canı o idi ki, bir-birimizlə düşmən olmağa heç bir səbəbimiz yoxdur. Nə Nadirin, nə də ki mənim. Mən Nadirə qarşı hər zaman yaxşı olmuşam".
Manset.az Milli.az-a istinadən xəbər verir ki, xalq artisti Faiq Ağayev qonaq olduğu jurnalist Pərviz Hüseynin "Pərvizə görə" verilişində deyib.
Sənətçi Nadirlə çay söhbətinə görə arasında yaşanan qalmaqala bu sözlərlə aydınlıq gətirib:
"Nadiri anlayıram ki, mənim o dediyim sözü müxtəlif ibnələr "Gör, Faiq sənə necə söz atdı? Sənə dedi ki, sən onun çay daşıyanısan" bu cürə çatdırdılar. Anladım ki, Nadir o insanlara reaksiya vermək məcburiyyətindədir. İstisna etmirəm, bəlkə də olub, kimsə onun qulağını doldurub: "Gördün, eşitdin sən barədə nə dedi?". O olmasaydı mənə elə gəlir ki, Nadir rahatlıqla bu söhbəti həzm edəcəkdi və üstündən keçəcəkdi. Çünki mənim sözlərimdə ibnəlik yox idi. Dedim ki, Nadir sevdiyindən, hörmətindən, hətta mən köməkçimdən çay istəyəndə çayı o mənə gətirirdi. Burada pis söz nə var ki? Məndən kimsə çay istəsə, mən o çayı ona verərəm".
Müğənni bildirib ki, həmkarından belə kəskin reaksiya verəcəyini gözləməyib:
"Mən Nadirin belə kəskin reaksiyasını gözləmirdim, çünki biz o təlatümlərdən keçmişik. Amma digər tərəfdən ona bəraət də qazandırıram, çünki içi qurdlu insanlar da var. Allah elə edib ki, olub və Nadir mənə çay verib. Kim necə bəzəyib, kim necə yozur və kim necə təqdim edirsə, ondan aslıdır ya Nadirin ya tamaşaçının və ya Faiqin verdiyi reaksiya. Əgər mən bunu ən saf şəkildə demişəmsə, mən rahatam. Kim sözlərimi ibnəliklə qəbul edirsə, o özü, o da ibnəliyi. Gedib gecələr ibnəliyi qucaqlayıb yatsınlar. Amma onun - bunun qulağını doldurmasınlar".
Qeyd edək ki, Nadir Qafarzadə Xalq artisti Faiq Ağayevin "Xəzər axşamı" verilişində söylədiyi "Toy mərasimində Nadir hörmətindən və sevgisindən mənə çayı belə gətirirdi" fikirlərinə sərt şəkildə münasibət bildirib. Nadir qonaq olduğu "Rəngarəng" verilişində "Allah qismət eləməsin ki, Faiqə çay verim" fikirlərini dilə gətirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin