Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
21:57 - 28 Oktyabr 2024
BRICS ölkələri ilə əlaqələrin inkişafı bütün sahələrdə Türkiyənin maraqlarına cavab verir.
Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.
BRICS-in Kazanda keçirilən XVI sammitində iştirakının nəticələrini şərh edən Türkiyə dövlətinin başçısı təşkilata üzv ölkələrin malik olduğu potensiala diqqət yönəldib.
“Planetin ərazisinin 30 faizi və dünya əhalisinin 45 faizi BRICS ölkələrinin payına düşür. Bu ölkələrdə dünya neftinin 40 faizi istehsal edilir. Dünya ticarətinin beşdə ikisini bu dövlətlər həyata keçirir. Əminəm ki, bundan sonra da iqtisadi artıma can atan Türkiyə üçün BRICS platforması böyük imkanlar açacaq”, - deyə Türkiyə lideri BRICS ölkələri ilə “əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu” qeyd edib.
Ərdoğan vurğulayıb ki, Türkiyə BRICS-i mövcud münasibətlərə alternativ kimi qəbul etmir.
“Ankaranın xarici siyasəti sırf Türkiyənin öz maraqlarına əsaslanır. Biz istəyirik ki, ölkəmiz dəyişən qlobal sistemdə öz layiqli yerini tutsun”, - deyə dövlət başçısı əmin edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin