Bu ölkədə “iPhone 16” smartfonlarının satışı qadağan olundu

20:51 - 28 Oktyabr 2024

Bu ölkədə “iPhone 16” smartfonlarının satışı qadağan olundu

İndoneziya hökuməti “Apple” şirkətinin ən son modellərdən olan smartfonlarının ölkədəki satışlarını bloklayıb.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, “iPhone 16” smartfonlarının satışı ABŞ şirkətinin investisiya ilə bağlı tələblərə əməl etməməsi səbəbindən qadağan edilib.

Məlumata görə, qadağa “iPhone 16” smartfonlarının ölkə daxilində satışına aiddir və xaricdən alınan cihazlara, həmçinin “Apple” şirkətinin digər məhsullarına şamil edilmir.

İndoneziya Sənaye Nazirliyinin açıqlamasına əsasən, şirkət “iPhone 16” smartfonlarının satışına lisenziya almaq üçün ölkəyə 1,71 trilyon İndoneziya rupisi (108,7 milyon dollar) həcmində investisiya yatırmalıdır. Hazırda onların həcmi tələb olunandan 240 milyard rupi azdır.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin