UEFA mətbuat konfranslarında pivəni yığışdıracaq

07:41 - 26 İyun 2021

UEFA mətbuat konfranslarında pivəni yığışdıracaq

UEFA müsəlman oyunçuların tələbi ilə AVRO-2020-nin mətbuat konfranslarında pivə şüşələrini masalardan yığışdırmağa başlayacaq.

 

Manset.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Barron's” nəşri yazıb.

"Müsəlman futbolçulardan pivənin olduğuna razı olub-olmadıqlarını soruşacağıq", - UEFA sözçüsü deyib. AVRO-2020-nin əsas sponsorlarından olan “Heineken” pivə şirkətinin nümayəndəsi bu yanaşma ilə razılaşıb.

Qeyd edək ki, bundan əvvəl Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu Macarıstan millisi ilə qarşılaşmadan (3:1) sonra AVRO-2020-nin mətbuat konfransında masanın üzərindəki "Coca-Cola" içkilərini kənara çəkib. Fransa yığmasının yarımmüdafiəçisi Pol Poqba Almaniya ilə oyunundan (1-0) sonra təşkil edilən mətbuat konfransında masadakı pivə şüşəsini götürüb. Bundan sonra UEFA rəhbərliyi mətbuat konfransları zamanı sponsorların içkilərinin masadan götürməyi qadağan edib.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin