“Çiçəkli buta” əyləncəli proqramı təşkil olunacaq

16:30 - 28 Oktyabr 2024

“Çiçəkli buta” əyləncəli proqramı təşkil olunacaq

1-2 noyabr tarixlərində Azərbaycan Milli Xalça Muzeyində məktəbəqədər uşaqlar və məktəblilər üçün ekologiya mövzusunda “Çiçəkli buta” əyləncəli proqramı təşkil olunacaq.

 

Manset.az xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində muzeyin Uşaq şöbəsi tərəfindən keçirilən tədbirdə müxtəlif ustad dərsləri təqdim ediləcək. Bunlara kətan üzərində “yaşıl dünya” rəsm kompozisiyası və qurama texnikasında kollaj, eko yumşaq oyuncaqların, plastik qablardan dibçəklərin, yun və pambıq saplardan qolbaqların hazırlanması, eko çantaların boyanması və s. aiddir.

Proqrama həmçinin plastik qablardan hazırlanmış kuklaların iştirakı ilə “Məlikməmmədin nağılı” marionet teatr tamaşası və tematik ekskursiya daxildir.

Bilet – 15 AZN (2 ustad dərsi, tamaşa, tematik ekskursiya daxildir.)


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin