70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024
17:00 - 28 Oktyabr 2024
Azərbaycanda namus söhbətinə görə qətl törədilib.
Manset.az Milli.Az-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Əliəkbər Səmədli oktyabrın 27-də saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovu bıçaqlayıb.
Araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisəni törədən şəxs 44 günlük müharibə iştirakçısıdır. Qətlin namus söhbətinə görə törədildiyi deyilir. Belə ki, öldürülən şəxs bibisinin gəlninə sataşıb. Əliəkbər də qəsəbədə onu maşına mindirib aparıb qəbiristanlıq yaxınlığında bıçaqlayıb. O, daha sonra oğlanı xəstəxanaya çatdırsa da, Rüfət Rüstəmov yoldaca keçinib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin