"Almaniya hazır olsun, Rusiya müharibəyə başlayır" - AÇIQLAMA
25 Noyabr 2024
15:15 - 28 Oktyabr 2024
İsrail Müdafiə Nazirliyi "Iron Beam" lazer hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün 500 milyon dollar dəyərində müqavilələr imzalayıb.
Manset.az bu barədə "Ynet" portalına istinadən xəbər verir.
"Bu müqavilə yeni bir dövrə - lazerdən müdafiə sisteminin dövrünə çağırış edir", - İsrail Müdafiə Nazirliyindən bildirilib.
Bu silahların tədarükü ilə bağlı razılaşma İsrail Müdafiə Qüvvələrinin birgə orqanı olan Silahların və Texnoloji İnfrastrukturun Tədqiqat, İnkişafı İdarəsi və "Rafael Advanced Defence Systems və Elbit Systems" müdafiə şirkətləri arasında əldə olunub.
"Iron Beam" raket və minaatan müxtəlif hava hədəfləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Bu qurğular İsrailin çoxqatlı müdafiəsinin bir hissəsi olmalı və “Dəmir Qübbə” raketdən müdafiə sistemini tamamlamalıdır.
"Rafael" şirkətinin baş direktoru Yoav Turgeman xatırladıb ki, bu inkişaflar bir neçə il çəkib və indi yerləşdirməyə hazır olan belə lazer sistemləri dünyada bir ilkdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin