Bayden prezident seçkilərində erkən səs verəcək

13:49 - 28 Oktyabr 2024

Bayden prezident seçkilərində erkən səs verəcək

 ABŞ Prezidenti Co Bayden Ağ Evin dərc etdiyi dövlət başçısının cədvəlinə əsasən bazar ertəsi prezident seçkilərində vaxtından əvvəl səs verəcək.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Ağ Evdən verilən açıqlamada Baydenin bu gün erkən səs verəcəyi bildirilib. Açıqlamada Baydenin Delaver ştatının Wilmington şəhərində səs verəcəyi də paylaşılıb.

ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Bayden seçkidə iştirakdan imtina edib. Əvəzində vitse-prezident Kamala Harris Demokratların namizədi olub. Respublikaçılar Partiyasının namizədi keçmiş prezident Donald Trampdır.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin