"İran İsrailin hücumuna layiqli cavab verəcək" - Pezeşkian

12:59 - 28 Oktyabr 2024

İran Prezidenti Məsud Pezeşkian Nazirlər Şurasının iclasında İsrailin İranın hərbi bazalarına cavab hücumu haqqında danışıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məsud Pezeşkian bildirib ki, İran öz suverenliyini hədəf alan hücumları heç vaxt cavabsız qoymur:

"Xalqımız və İran İslam Respublikası 45 ildir heç bir işğala və hücuma qarşı geri addım atmadıqlarını göstərib. Biz müharibə axtarmırıq, amma ölkəmizi və millətimizi müdafiə edirik. Bu səbəbdən sionist rejimin hücumuna layiqli cavab verəcəyik".

İsrailin ABŞ başda olmaqla Qərb dövlətləri tərəfindən dəstəkləndiyini vurğulayan Pezeşkian, İsrailin Qəzza və Livanda hücumlarını davam etdirəcəyi təqdirdə gərginliyin bölgəyə təsir edəcəyi ilə bağlı xəbərdarlıq edib:

"ABŞ-nin İsraili bu böyük fəlakətə görə təhrik etdiyini bilirik. Bizim sakitliyimiz müqabilində müharibəni bitirəcəklərinə söz verdilər, lakin vədlərinə əməl etmədilər".

Qeyd edək ki, İsrail ordusu oktyabrın 1-də İranın raket hücumlarına cavab olaraq oktyabrın 26-da İrandakı hərbi obyektlərə dəqiq hücumlar həyata keçirib.

İran mediasının məlumatına görə, Tehran və Kərəc şəhərində çoxlu partlayışlar baş verib.

İran hücumlara cavab verməyə hazır olduğunu, mütənasib şəkildə cavab verəcəyini bildirib və 4 əsgərinin öldürüldüyünü açıqlayıb.

 

Fidan Əliyeva

Manşet.az


 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin