Sabunçu tunelinə giriş-çıxış bağlandı - VİDEO

12:28 - 28 Oktyabr 2024

Sabunçu tunelinə giriş-çıxış bağlandı - VİDEO

Hazırda paytaxtda müşahidə edilən güclü leysan səbəbi ilə şəhərin bəzi küçə və tunellərində nəqliyyatın hərəkətində problem yaranıb.

 

Manset.az xəbər verir ki, yağıntılar səbəbindən Sabunçu tunelinə giriş-çıxış da bağlanıb.

Qeyd edək ki, Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti”  MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ilin martın 13-nə təsadüf edib.

Xatırladaq ki, oktyabrın 22-də yağan aramsız yağışdan sonra Sabunçu tunelini su basmış, nəticədə köməksiz qalan iki nəfər orada boğularaq ölmüşdü.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin