Leysan yağışlar nə vaxt kəsiləcək? - RƏSMİ CAVAB

10:16 - 28 Oktyabr 2024

Leysan yağışlar nə vaxt kəsiləcək? - RƏSMİ CAVAB

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Nazim Mahmudov Manset.az-a bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.

Onun sözlərinə görə, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterlidir.

N.Mahmudov qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin