Saakaşvili müxalifətə çağırış etdi

01:30 - 28 Oktyabr 2024

Saakaşvili müxalifətə çağırış etdi

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili hesab edir ki, müxalifətin parlament seçkilərində məğlubiyyətindən sonra kütləvi etirazların vaxtı çatıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, M.Saakaşvili bu barədə feysbukdakı səhifəsində yazıb.

"Əlbəttə, heç kim parlamentə getməməlidir. İndi başımıza kül səpməyin və aldandığımızdan narahat olmağın vaxtı deyil. İndi kütləvi etirazların vaxtıdır. Biz dünyaya göstərməliyik ki, azadlıq uğrunda mübarizə aparırıq və ədalətsizliyə dözməyəcək insanlarıq. Bir dəqiqə belə itirə bilmərik", - paylaşımda yazılıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin