Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
20:30 - 27 Oktyabr 2024
Braziliya prezidenti Luiz İnasio Lula da Silva bir neçə gün əvvəl yaşadığı evdə yıxılıb və başının arxasından zədə alıb.
Manset.az Modern.az-a istinadən xəbər verir ki,, bu səbəbdən Braziliya lideri Birləşmiş Millətlər Təşkilatının Kolumbiyada keçirilən COP16 və Azərbaycanda keçiriləcək COP29 sammitlərinə səfərlərini ləğv edib.
Lula cümə günü tibbi müayinələrdən keçib. Onun başına tikiş qoyukub və kiçik beyin qanaması yaşayıb. Hökumət onun vəziyyətinin stabil olduğunu bildirib.
Lulanın ofisi cümə günü səhər saatlarında onun COP16-da iştirak etməyəcəyini söyləyib, lakin daha sonra "Reuters"ə gələn ay keçiriləcək COP29-da iştirakının da ləğv edildiyini söyləyib.
Qeyd edək ki, Lula eyni səbəbdən Kazanda keçirilən BRICS sammitində də iştirak etməyib.
Məlumata görə görə, Lula 5 günlük məzuniyyət götürüb, o, bir çox müayinələrdən keçəcək.
Xatırladaq ki, bir müddət əvvəl Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji və ətraf mühit üzrə katibi Andre Korrea du Laqunun verdiyi məlumata görə, Lula da Silva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gəlməyi planlaşdırırdı.
O vurğulayıb ki, COP29 konfransı qarşıdan gələn COP30-a ev sahibliyi edəcək ölkə kimi Braziliya üçün son dərəcə önəmlidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin