İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
12:19 - 27 Oktyabr 2024
Gürcüstan hökuməti, müxalifətin etirazlarına baxmayaraq, təsdiqlənəcək.
Manset.az xəbər verir ki, bunu Gürcüstanın Baş nazir İrakli Kobaxidze bildirib.
O vurğulayıb ki, müxalifət partiyaları seçkilərin nəticələrinə və parlamentn ilk iclasının işinə mane ola bilməyəcəklər.
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası açıqlayıb ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası 3018 məntəqədən 1 milyon 87 min 801 səs toplayıb. Bu da ümumi səslərin 54,24 faizini təşkil edir.
Müxalifət partiyaları isə ümumilikdə 37,33 faiz səs toplaya bilib.
“Dəyişikliklər üçün Koalisiya” (Axali, Qirçi-daha çox azadlıq, və “Droa”) – 10,81 faiz (216 691 səs);
“Birlik - Milli Hərəkatı” (Vahid Milli Hərəkat, “Strategiya Aqmanaşenebeli” və “Avropa Gürcüstanı”) – 10.07 faiz (201 937 səs);
“Güclü Gürcüstan” ("Gürcüstan üçün Lelo”, “Xalq üçün”, “Azadlıq meydanı” və “Vətəndaşlar”– 8,72 faiz (174 921 səs);
“Qaxaria Gürcüstan üçün” - 7.73 faiz (154 916 səs).
Səsvermədə seçici fəallığı 58,94 faiz olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin