“Gürcü Arzusu” 52,988 faiz səs toplayıb" - Gürcüstan MSK

22:30 - 26 Oktyabr 2024

“Gürcü Arzusu” 52,988 faiz səs toplayıb

Gürcüstan Mərkəzi Seçki Komissiyası bu gün keçirilən parlament seçkilərinin ilkin nəticələrini elan edib.

 

Manset.az AZƏRTAC-a istinadla xəbər verir ki, səsləri hesablanmış 2 176 seçki məntəqəsinin ilkin nəticələrinə əsasən, Parlament seçkilərində “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası səslərin 52,988 faizini qazanıb.

İkinci yerdə 11,199 faizlə “Dəyişikliklər üçün Koalisiya”, üçüncü yerdə isə səslərin 9,805 faizini toplayan “Vahid Milli Hərəkat” yer alıb.

“Güclü Gürcüstan” partiyası seçicilərin 9,04 faizini, “Qaxaria - Gürcüstan üçün” partiyası isə 8,243 faizini səsini qazana bilib.

Qeyd edək ki, seçkilərdə ümumilikdə 3 111 seçki məntəqəsi açıq olub. Hazırda isə onlardan yalnız 2 176-da səslər hesablanıb.


Xəbər xətti

27 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin