İmişlidə ağır qəza - Ölən var

23:41 - 26 Oktyabr 2024

İmişlidə ağır qəza - Ölən var

İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə İmişli rayonunun Xubyarlı kəndində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik avtomobili “MAN” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə "VAZ 2107" markalı avtomobilin sürücüsü; İmişli sakini, 1970-ci il təvəllüdlü Ağayev Cabbar Əlibala oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

27 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin