Şabranda kanalda kişi meyiti tapıldı

20:48 - 26 Oktyabr 2024

Şabranda kanalda kişi meyiti tapıldı

Samur Abşeron su kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda kişi meyiti aşkarlanıb.

 

Manset.az xəbər verir ki, əraziyə FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Cəsədin sudan çıxarılması prosesi həyata keçirilir. Onun şəxsiyyəti və kanala hansı səbəbdən düşməsinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.


Xəbər xətti

27 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin