COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
20:17 - 26 Oktyabr 2024
Britaniyanın nüfuzlu “FourFourTwo” nəşri “Real Madrid” tarixinin ən yaxşı futbolçularının siyahısını hazırlayıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sıralamaya 1953-1964-cü illərdə “Real”da oynayan keçmiş hücumçu Alfredo Di Stefano liderlik edir.
İkinci sırada “kral klubu”nun sabiq forvardı Kriştiano Ronaldo qərarlaşıb. Madrid təmsilçisinin tarixinin ən yaxşı 3-cü oyunçusu isə keçmiş yarımmüdafiəçi Zinəddin Zidandır.
“Real” tarixinin ən yaxşı 10 futbolçusu:
1. Alfredo Di Stefano (1953-1964-cü illər)
2. Kriştiano Ronaldo (2009-2018-ci illər)
3. Zinəddin Zidan (2001-2006-cı illər)
4. Raul (1994-2010-cu illər)
5. Ferens Puşkaş (1958-29166-cı illər)
6. Raymon Kopa (1956-1959-cu illər)
7. Uqo Sançez (1985-1992-ci illər)
8. Toni Kroos (2014-2024-cü illər)
9. Pirri (1964-1980-ci illər)
10. Emilio Butraqeno (1984-1995-ci illər)
Di Stefano Madrid klubunda bütün turnirlərdə 371 oyun keçirib və 285 qol vurub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin