COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
14:24 - 26 Oktyabr 2024
Milli komandaların noyabrda açıqlanacaq FİFA reytinqi ilə bağlı təxminlər açıqlanıb.
Manset.az İdman.Biz-ə istinadən bildirir ki, ekspertlər qarşıdakı matçların ən optimal nəticələrini əsas gətirməklə ehtimal cədvəl hazırlayıblar.
Azərbaycan yığması noyabrda Millətlər Liqasının iki matçına çıxacaq. Millimiz evdə Estoniya, səfərdə İsveçlə qarşılaşacaq.
Komandamızın bu iki görüşün nəticələrinə əsasən FİFA reytinqini yaxşılaşdırcağı gözlənilir. Ekspertlər millimizin 4,33 xal qazanacağını gözləyirlər.
Bu ehtimallar doğrulsa, yığmanın xallarının sayı 1166,13-ə qədər artacaq. Bu, millimizin 4 pillə irəliləməsi ilə nəticələnəcək. Komandamızın gələn ay 114-cü olacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan yığması son cədvəldə 1161,80 xalla dünyanın 118-cisi olub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin