Dələduzluq edən şəxs saxlanıldı

12:32 - 26 Oktyabr 2024

Dələduzluq edən şəxs saxlanıldı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, saxlanılan şəxs zərərçəkənlərin etibarından sui-istifadə edərək onlara yüksək məvacibli işlə təmin olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verib.

F.Xəlilov ümumilikdə 15000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. F.Xəlilov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şirvan Şəhər Polis Şöbəsi çağırış da edib. Çağırışda deyilir: "saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər".



Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin