BƏƏ-yə uçan təyyarə Bakıda məcburi eniş etdi
25 Noyabr 2024
21:50 - 10 Noyabr 2021
Dekabrda Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan qadınlar arasında boks üzrə dünya çempionatı 2022-ci ilə təxirə salınıb.
Manşet.az Beynəlxalq Boks Federasiyasının (AIBA) rəsmi saytına istinadən xəbər verir ki, bu qərar ölkədəki epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub.
AIBA prezidenti Umar Kremlyov bildirib ki, təşkilatçılar üçün yarış iştirakçılarının sağlamlığı birinci yerdə durur: "Biz bilirik ki, bəzi komandalar artıq dünya çempionatına hazırlığa başlayıblar və bu qərardan məyus olacaqlar. Bununla belə, idmançılarımızın, rəsmilərin və digər maraqlı tərəflərin təhlükəsizliyi və rifahı prioritet məsələdir. Ona görə də risk edə bilmərik".
Qeyd edək ki, yarış 6 - 19 dekabrda təşkil olunmalı idi.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin