"Ən çox namərdlərlə mən qarşılaşıram" - Lalə Azərtaş (VİDEO)

09:45 - 26 Oktyabr 2024

"Nə yazırlar yazsınlar, hesabatı bir tək Allaha və ekran önündə məni izləyən atamla anama verirəm".

 

Manset.az xəbər verir ki, bu sözləri Lalə Azərtaş Xəzər TV-nin efirində yayımlanan "Təsir dairəsi" verilişində deyib.

O aparıcıların da çətinliklərlə qarşılaşdığını, namərdlərlə üz-üzə gəldiyini vurğulayaraq bunları qeyd edib:

" Elə bilirsiz, biz namərdlərlə qarşılaşmırıq? Bəlkə də ən çox mən qarşılaşıram. Bəlkə də ən çox arxadan zərbəni mən alıram. Bəlkə də çörək kəsdiklərim qədər çörəyimə xəyanət edən yoxdu mənim qədər, bilirsiz bunları? Bilirsiz, hər gün nə qədər namərdlə üz-üzə gəlirik? Amma niyə dik dayanmağı bacarırıq? Çünki mən həyatda nə deyirlər desinlər, nə yazırlar yazsınlar hesabatı bir tək Allaha və ekran önündə məni izləyən atamla anama verirəm. Vəssallam".

Sözügedən görüntüləri təqdim edirik:

 

 


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin