Azərbaycan güləşçisi dünya çempionu oldu

21:38 - 25 Oktyabr 2024

Azərbaycan güləşçisi dünya çempionu oldu

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının qızıl medalını qazanıb.

 

Manset.az xəbər verir ki, təmsilçimiz 1/8 finalda ukraynalı Alina Filipoviçdən güclü olub – 7:4.

O, növbəti mərhələdə türkiyəli Sevim Akbaşa heç bir şans tanımayıb – 10:0. Əliyeva yarımfinalda isə ABŞ-li Sofiya Makalusonu üstələyib və ardıcıl ikinci dəfə U-23 dünya çempionatının finalına yüksəlib.

Jalə finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabıyla qalib gələn güləşçimiz dünya çempionu olub.


Xəbər xətti

26 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin