Türkiyədən PKK-ya ağır zərbə - 30 terrorçu məhv edildi

20:54 - 25 Oktyabr 2024

Türkiyədən PKK-ya ağır zərbə - 30 terrorçu məhv edildi

Türkiyə ordusu İraqın şimalında Hakurk, Qara, Kandil və Sincar bölgələrində 34 terror hədəfinə qarşı həyata keçirilən hava əməliyyatlarında 30 PKK terrorçusunu zərərsizləşdirib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlama verib.

“Güclüyük, qətiyyətliyik! Dünən gecə (24 oktyabr) İraqın şimalındakı Hakurk, Qara, Kandil və Sincar bölgələrindəki 34 terror hədəfinə qarşı həyata keçirilən hava əməliyyatlarında 30 PKK terrorçusu zərərsizləşdirilib. Terrorçuların yuvalarını başlarına yıxmağa davam edəcəyik!”, - məlumatda deyilir.


Xəbər xətti

26 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin