ABŞ-də məşhur reper qətl sifarişinə görə həbs edildi

19:52 - 25 Oktyabr 2024

ABŞ-də məşhur reper qətl sifarişinə görə həbs edildi

Amerikalı məşhur rep ifaçısı Lil Dyuk sifarişli qətlə görə Cənubi Floridada həbs olunub.

 

Manset.az xəbər verir ki, bu barədə Brovard əyalətinin polis ofisi məlumat yayıb. O, ABŞ Marşallar Xidməti tərəfindən saxlanılıb. Cinayətlə bağlı detallar hələlik açıqlanmayıb.

Reper bu ayın əvvəlində 2020-ci ilin avqustunda Çikaqoda həmkarının öldürülməsinə görə də məhkəməyə verilib.

32 yaşlı çikaqolu reper bu ilin sonunda ən yaxşı həzin rep ifasına görə “Grammy” mükafatına layiq görülmüşdü. Onun 2020-ci ildə çıxmış “The Voice” və 2022-ci il buraxılışı olan “7220” albomları bir milyondan çox satışa imza atıb.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin