Bu ölkədə qasırğa nəticəsində 82 nəfər öldü

18:07 - 25 Oktyabr 2024

Bu ölkədə qasırğa nəticəsində 82 nəfər öldü

Filippində Trami qasırğasının yaratdığı daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Luzon adasındakı Batanqas əyalətində 45 nəfər sürüşmənin qurbanı olub, daha 11 nəfər itkin düşmüş hesab olunur.

Son məlumatlara görə, fırtınanın mərkəzi Luzonun şimal-qərbindəki La Union əyalətindən təxminən 125 km qərbdədir. Küləyin orta sürəti 95 km/saata çatır. Fırtına şimal-qərb istiqamətində 25 km/saat sürətlə hərəkət edir. Sinoptiklərin fikrincə, fırtına trayektoriyasını dəyişməsə, bazar günü Vyetnama çata, sonra isə gələn həftə Filippinə qayıda bilər.

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin